Azərbaycanın U-17 millisi Bosniya və Herseqovina komandası ilə qarşılaşıb
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunan UEFA İnkişaf turnirində ilk oyununu keçirib.

Bosniya və Herseqovina komandası ilə qarşılaşan futbolçularımız məğlub olublar – 0:3.

Yığmamız turnirdə növbəti oyununu aprelin 27-də Monteneqro komandasına qarşı keçirəcək.


Xəbər 609 dəfə oxundu.