“Qəbələ”nin U-16 komandası Xorvatiyanın “Dinamo” klubunu minimal hesabla məğlub edib
Tbilisidə Vitali Daraseliya turnirində növbəti oyunlar keçirilib.

“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası 5-8-ci yerlər uğrunda mübarizəyə qoşulub. “Qırmızı-qaralar”ın rəqibi Xorvatiyanın “Dinamo” klubu olub. Şəhruz Mustafayevin baş məşqçisi olduğu komandamız Zaqreb təmsilçisi ilə görüşdə 1:0 hesabı ilə qalib gəlib. “Qəbələ”nin heyətində Samir Qurbanov fərqlənib.

Bu gün turnirdə son oyunlar keçiriləcək. “Qırmızı-qaralar” 5-ci yer uğrunda matçda Türkiyənin “Trabzonspor” komandası ilə görüşəcək.

Yarışın qalibi isə “Alkmaar” (Hollandiya) – “Dinamo” (Kiyev, Ukrayna) matçından sonra müəyyənləşəcək. “Gent”lə (Belçika) “İnter” (İtaliya) 3-cü, Tbilisi və Zaqrebi təmsil edən “Dinamo” komandaları isə 7-ci yer uğrunda matçda üz-üzə gələcəklər.

Xəbər 648 dəfə oxundu.