Yeniyetmələr arasında boks üzrə açıq Bakı birinciliyinə yekun vurulub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Boks Mərkəzində 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında boks üzrə açıq Bakı birinciliyi keçirilib.

Birincilikdə 193 idmançı mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Zaur Qəhrəmanov (37 kq, Astara), Nicat Hüseynov (38,5 kq, UGİM-8), Nihad Ağakişiyev (40 kq, Maştağa OİK), Fikrət Zeynalov (41,5 kq, Gəncə), Rəvan Qasımlı (43 kq, Rabitə İK), Rəsul Məmmədov (44,5 kq, Rabitə İK), Elnar Abbasov (46 kq, Rabitə İK), Tağı Tağızadə (48 kq, Rabitə İK), Səyadullah Nəsirov (50 kq, Astara), Cavidan Şahbazbəyli (52 kq, Ağdam), Nahid Musa (54 kq, Rabitə İK), Davud Yusifov (56 kq, Rabitə İK), Ümid İbrahimov (59 kq, ROİL), İsa Novruzlu (62 kq, Qalib İK), Təbriz Nərimanov (65 kq, Tərtər), Ayxan İsmayılov (68 kq, Təhsil RİM), Cəfər Heydərli (72 kq, Cəlilabad), Həsənqulu Məmmədov (76 kq, Ağsu) və Mahir Abışov (76 kq-dan yuxarı, MOİK) qızıl medal qazanıblar.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 613 dəfə oxundu.