Azərbaycan güləşçisi Qazaxıstanda bürünc medal qazanıb
Qazaxıstanın Çimkənd şəhərində akademik Safarbayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə XXIV beynəlxalq turnirə yekun vurulub.

3 güləşçi ilə turnirdə iştirak edən yığma komandamızın üzvləri 1 bürünc medal qazanıblar.

Turnirdə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Azad Əliyev fəxri kürsüdə yer alaraq turnirin bürünc medalına sahib olub.

Xəbər 613 dəfə oxundu.