Azərbaycanın U-17 millisi UEFA inkişaf turnirində çıxış edəcək
Futbol üzrə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması aprelin 25-dən 29-dək Monteneqronun Podqoritsa şəhərində təşkil olunan UEFA inkişaf turnirində çıxış edəcək.

Millimiz aprelin 25-də Bosniya və Herseqovina, 27-də Monteneqro, 29-da Qazaxıstan komandaları ilə qarşılaşacaq.

Xəbər 613 dəfə oxundu.