“Shamkir Chess 2017” turnirinin IV turunda Azərbaycan şahmatçıları qarşılaşıblar
Vüqar Həşimovun xatirəsinə həsr olunan və “Synergy Group”un təşkilatçılığı ilə keçirilən “Shamkir Chess 2017” beynəlxalq şahmat turnirində IV turun görüşləri davam edir.

Turun ilk görüşündə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov ilə Teymur Rəcəbov qarşılaşıblar. Zəka ustalarımızın qarşılaşmasında heç-heçə qeydə alınıb.

Rusiya təmsilçisi Sergey Karyakin ilə Polşa şahmatçısı Radoslav Voytaşek də partiyanı heç-heçə başa vurublar.

Dördüncü turda Rusiyanın digər təmsilçisi Vladimir Kramnik hindistanlı Pentala Harikrişna ilə gücünü sınayır. İngiltərəli Mayk Adams bu turda Ukrayna təmsilçisi Pavel Eliyanov, Veselin Topalov (Bolqarıstan) isə ABŞ şahmatçısı Uesli So ilə mübarizə aparır.

Xəbər 706 dəfə oxundu.