Millimizdə yeni futzalçı
Azərbaycan futzal yığmasının Türkiyənin İstanbul şəhərində keçirəcəyi təlim-məşq toplanışına heyəti açıqlanıb. İdman.com.az saytının məlumatına görə, braziliyalı baş məşqçi Joze Alesio Da Silva martın 14-dək 14-də toplanışına 12 oyunçu çağırıb. Bunlar qapıçılar Marat Salyanski (“Araz”), Elnur Zamanov (“Ekol”), sahə oyunçuları Rizvan Fərzəliyev, Vitali Borisov, Elnur Qəmbərov, Rəcəb Fərəczadə, Jadder Dantas, Felipe Ribeyro (hamısı - “Araz”), Seymur Məmmədov, Rikardo Fiqueroa Silva, İlkin Hacıyev (“Neftçi”İSM) və Serjaodur (“Uraqan”, Ukrayna).

Kaka ləqəbi ilə tanınan Rikardo Fiqueroanın çağırılmağı ilə millimizdə daha braziliyalı oyunçu debüt edəcək. Oynayan məşqçi zədəli Biro Jadenin yoxluğunda sınanır. Karyerasını Qətərdə və Braziliyada davam etdirən Tyaqu ilə Alves bu dəfə yığmadan kənarda qalıb.
Qeyd edək ki, martın 15-də və 16-da Türkiyənin futzal yığması ilə yoldaşlıq görüşü keçirəcək millimiz üçün bu, dünya çempionatının pley-off mərhələsində Rusiya ilə oyunlar öncəsi son sınaq olacaq.

Xəbər 901 dəfə oxundu.