“Bakı-2017”də qadın həndbolçularımızın ilk rəqibi Özbəkistan millisi olacaq
"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək qadın həndbolçulardan ibarət Azərbaycan millisinin keçirəcəyi oyunların təqvimi açıqlanıb.

Milli komandamız mayın 9-da Özbəkistan, 10-da Kamerun, 11-də Kot d`İvuar yığmaları ilə üz-üzə gələcək. Qadın həndbolçularımız sonuncu matçını isə mayın 13-də Türkiyə millisinə qarşı keçirəcək.
Bütün görüşlər “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq.

AZƏRTAC

Xəbər 556 dəfə oxundu.