“Shamkir Chess-2017” şahmat turnirinin ikinci turuna start verilir
Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess-2017” şahmat turnirinin ikinci turuna start verilir.

İkinci turda Azərbaycan şahmatçıları rusiyalı rəqiblərlə üz-üzə gələcəklər. Belə ki, Şəhriyar Məmmədyarov Sergey Karyakin, Teymur Rəcəbov isə Vladimir Kramnik ilə qarşılaşacaq.

Digər görüşlərə gəlincə, Pentala Harikrişna (Hindistan) ukraynalı Pavel Elyanovla, ingiltərəli Maykl Adams ABŞ təmsilçisi Uesli So ilə polşalı Radoslav Voytaşek isə Bolqarıstan şahmatçısı Veselin Topalovla münasibətlərinə aydınlıq gətirəcək.

İlk turdan sonra Ş.Məmmədyarov və P.Elyanov 1 xalla turnir cədvəlinin ilk iki pilləsində yer alıblar. R.Voytaşek, V.Kramnik, V.Topalov, M.Adams, S.Karyakin və P.Harikrişnanın hesabında 0,5 xal var. T.Rəcəbov və U.So ilk görüşdən məğlub ayrılıblar.

Xəbər 605 dəfə oxundu.