Azərbaycanın U-17 millisi Monteneqroda ikinci olub
Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində ikinci yeri tutub.

Son oyunda Qazaxıstan komandası ilə qarşılaşan yığmamız Lamiyə Qurbanovanın dublu sayəsində 2:0 hesabı ilə qələbə qazanıb.

Yığmamız turnirin ilk oyununda Bosniya və Herseqovina komandasına 1:3 hesabı ilə məğlub olmuş, növbəti qarşılaşmada isə Monteneqro yığmasına penalti seriyasında (5:4) qalib gəlmişdi.

Xəbər 565 dəfə oxundu.