AFFA yenə cəzalandırdı
Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. İdman.com.az saytının məlumatına görə, Unibank Premyer Liqanın ötən turunda qırmızı vərəqə alan 3 futbolçunun cəzaları müxtəlif olub. Belə ki, “Simurq” – “Kəpəz” oyununda bir-birinə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alan Ceyhun Sultanovla Vasili Yanotovski hərəyə 2 oyunluq cəzaya və 2000 manat cəriməyə məruz qalıb.

“İnter”in futbolçusu Asif Məmmədov “Bakı” ilə səfər görüşündə 2 sarı vərəqəyə görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb və 200 manat cərimələnib.
“Qarabağ”ın məşqçisi Elçin Rəhmanov “Xəzər Lənkəran”la ev matçında “texniki zona” qaydalarını pozduğundan, 1 oyunluq cəzaya və 1000 manat cəriməyə məruz qalıb. “Qəbələ” – “Neftçi” matçında azarkeşlər meydana kənar əşyalar atdığı üçün ev sahibləri 2000 manat cərimə ödəməli olacaq.

Xəbər 1068 dəfə oxundu.