Azərbaycan idmançıları Braziliya ciu-citsusu üzrə dünya çempionatında iki medal qazanıblar
Abu-Dabidə Braziliya ciu-citsusu üzrə dünya çempionatı keçirilir. Mundialda 100 ölkədən 7 minədək idmançı birincilik uğrunda mübarizə aparır.

Azərbaycan Ciu-Citsu Milli Federasiyasının birinci vitse-prezidenti Rəsul Məmmədov bildirib ki, yarışda ölkəmizi 4 idmançı təmsil edib.

Böyüklərin yarışında 94 kiloqram çəki dərəcəsində çıxış edən Azər Bəydullayev dünya çempionatının bürünc medalına sahib olub. 12-13 yaşlı idmançıların mübarizəsində isə milli komandamızın üzvü Xəqani Mürsəlov (41 kq) yarışı üçüncü pillədə başa vurub.

Dünya çempionatına aprelin 23-də yekun vurulacaq.

Xəbər 536 dəfə oxundu.