Futbol üzrə Əlcəzair yığmasının IV İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb
Mayın 12-dən 22-dək Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında mübarizə aparacaq Əlcəzair yığmasının heyəti açıqlanıb.

Əlcəzair millisi “B” qrupunda Türkiyə, Fələstin və Oman yığmaları ilə qarşılaşacaq.

Heyətdə qapıçılar - Çemseddin Rahmani (“Bejaya”), Abdelmumen Sifur (“USM Əlcəzair”), Zakaria Buhalfaya (“Hussein Dey”), müdafiəçilər - Hamza Muali, Yusef Duar (hər ikisi “Paradu”), Abdelqani Buzidi, Mohamed Xaçef (hər ikisi “Hussein Dey”), Aymen Attu (“Setif”), Abdelcalil Semmane (“USM Əlcəzair”), yarımmüdafiəçilər - Abderrahim Hamra, Abderrauf Benqui (hər ikisi “USM Əlcəzair”), Maher Azzuz (“Batna”), Muhammed Meruani (“Klef”), Messala Merbah (“Saura”), Zakaria Drui (“Beluizdad”), Ahmed Qaqa (“Paradu”), Laid Uadji (“El Harraç”), hücumçular - Farid Melali, Tayeb Meziani (hər ikisi “Paradu”), İlyes Yayçe (“USM Əlcəzair”), İsmail Sadi (“Setif”), Karim Aribi (“Beluizdad”) və Dayeddin Qudcil (“Medea”) yer alıblar.


Xəbər 782 dəfə oxundu.