“BonAqua” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi su brendi olub
Aprelin 18-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları “BonAqua”nı bu mötəbər yarışın rəsmi su brendi elan edilib. “Coca-Cola” şirkətinin brendi olan “BonAqua” Azərbaycanda istehsal edilir.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat komitəsinin korporativ direktoru Elçin Səfərov “BonAqua”nın Oyunların rəsmi su təminatçısı kimi seçilməsindən məmnunluğunu bildirərək deyib: “Coca-Cola” şirkətinin uzun illər boyu beynəlxalq idman tədbirlərinə dəstək verməsi faktını nəzərə alsaq, IV İslam Həmrəyliyi Oyunlarında da şirkətin su brendini seçməyimiz heç də təsadüfi deyil. Oyunların həyata keçməsində bütün rəsmi tərəfdaş və dəstəkçilərə böyük təşəkkürümüzü bildirir və birgə əməkdaşlıq sayəsində bütün İslam dünyasının diqqətini Oyunlara cəlb edə biləcəyimizdən əminəm”.

“Coca-Cola” şirkəti alkoqolsuz içkilər üzrə dünyanın aparıcı istehsalçısı və distributorudur. Şirkətin içkiləri 200-dən artıq ölkədə 1,9 milyarddan çox müştəri tərəfindən gündəlik istehlak edilir. “Coca-Cola” 1994-cü ildə Azərbaycanda alkoqolsuz içkilər zavodunu açıb və 2,2 mindən çox vətəndaşın birbaşa və dolayı məşğulluğunu təmin edib.

Xəbər 579 dəfə oxundu.