“Qarabağ” klubu Azərbaycan kuboku yarışlarının final oyununda nominal meydan sahibi olacaq
Aprelin 18-də futbol üzrə Azərbaycan kuboku yarışlarının final oyununun püşkatma mərasimi keçirilib.

Mərasimdə Peşəkar Futbol Liqasının, eləcə də “Qarabağ” və “Qəbələ” klublarının nümayəndəsi iştirak ediblər. “Qarabağ” Şahid Həsənov, “Qəbələ” isə Səbuhi Səfiyarlı ilə təmsil olunub.
Püşkatmaya əsasən, “Qarabağ” nominal meydan sahibi olub.

Qeyd edək ki, Azərbaycan kuboku yarışlarının final oyunu mayın 5-də Naxçıvan Muxtar Respublika stadionunda keçiriləcək.


Xəbər 579 dəfə oxundu.