U-21 Helsinki sınağı öncəsi toplaşır
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. İdman.com.az saytının məlumatına görə, aprelin 4-də, Helsinkidə Finlandiya yığması ilə qarşılaşacaq yığmamıza 20 futbolçu çağırılıb. Almaniyalı baş məşqçi Bernard Lippert heyətə Rəhman Hacıyev, Novruz Məmmədov (hər ikisi - “Bakı”), Əli Göydəmir (“Hannover 96”, Almaniya), Səlahət Ağayev, Elnur Abdulov (“İnter”), Tural Abbaszadə (“Kəpəz”), Osman Umarov, Qara Qarayev, Tural İsgəndərov (hər üçü - “Qarabağ”), Urfan Abbasov (“Qəbələ”), Elvin Yunuszadə, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev (hamısı - “Neftçi”), Abdulla Abasiyev, Orxan Həsənov, Emin Mustafayev, Eşqin Quliyev, Ruslan Tağızadə, Tərlan Quliyev (“Sumqayıt”) və Murad Ağayevi (Dassayev adına Akademiya, Rusiya) çağırıb.

Xəbər 920 dəfə oxundu.