“Ferrari” komandasının pilotu Sebastian Fettel Bəhreyn Qran-Prisinin qalibi olub
Formula-1 üzrə dünya çempionatının üçüncü yarışı – Bəhreyn Qran-Prisində “Ferrari” komandasının pilotu Sebastian Fettal qalib gəlib.

Üçüncü yarışda pilotlar “Sahir” avtodromunda 5412 metrlik trasda 57 dövrə vurublar.

Sebastian Fettel 1 saat 33 dəqiqə 53,374 saniyəlik nəticə ilə aktivinə 25 xal yazdırıb. Liderdən 0,06 saniyə geri qalan Luis Hamilton (“Mercedes”) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 0,20 saniyə sonra finişə çatan Valtteri Bottas (“Mercedes”, 15 xal) tamamlayıb.
Pilotların yarış cədvəlinə 68 xalla Sebastian Fettel başçılıq edir. Luis Hamilton 61 xalla ikinci, Valtteri Bottas 38 xalla üçüncü pillədə qərarlaşıb.

Konstruktorlar kubokunda isə “Ferrari” 102 xalla birinci, “Mercedes” 99 xalla ikinci, “Red Bull Racing” isə 47 xalla üçüncü pillədə yer alıb.

Çempionatın növbəti – dördüncü yarışı olan Rusiya Qran-Prisi aprelin 28-30-da Soçidə keçiriləcək.

Dünya çempionatının 8-ci mərhələsi - Azərbaycan Qran-Prisi isə iyunun 23-25-də Bakıda təşkil olunacaq.


Xəbər 579 dəfə oxundu.