Azərbaycan triatlonçusu Rostislav Pevtsov açıq Afrika kuboku yarışlarında qızıl medal qazanıb
Azərbaycan triatlon yığmasının üzvü Rostislav Pevtsov Mərakeşin Rabat şəhərində təşkil olunan açıq Afrika kuboku yarışlarında qızıl medal qazanıb.

Təmsilçimiz 44 idmançının mübarizə apardığı yarışda 57 dəqiqə 28 saniyə nəticə göstərərək Afrika kubokunun qalibi olub. R.Pevtsov yarış zamanı ona ən yaxın olan fransalı Maksim Нüber-Müsbrügerı 1 saniyə qabaqlayıb.

Qadınların mübarizəsində isə komandamızın üzvü Darina Moskalenko 1 saat 6 dəqiqə 53 saniyəlik nəticə ilə altıncı olub.

Azərbaycan komandası yarışda baş məşqçi Sergey Yatsenkonun rəhbərliyi ilə təmsil olunub.

Qeyd edək ki, R.Pevtsov İspaniyanın Las-Palmas şəhərində keçirilən Avropa kuboku yarışında da birinci yeri tutub.

Xəbər 498 dəfə oxundu.