Poliatlon çoxnövçülüyü üzrə İsmayıllıda keçirilən zona yarışının qalibləri müəyyənləşib
İsmayıllı şəhər 3 saylı məktəb-liseyin idman bazasında «Vətənin müdafiəsinə hazıram» poliatlon çoxnövçülüyü üzrə respublika çempionatının zona yarışı keçirilib.

Yarışlarda 11 rayonun komandaları iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda Qəbələ, Qax və Ağsu komandaları müvafiq olaraq I, II və III yerlərə layiq görülüb.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif ediliblər.

Hər üç yerin qalibi aprelin 26-30-da Mingəçevirdə keçiriləcək respublika çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Xəbər 568 dəfə oxundu.