Yeniyetmələr arasında həndbol yarışında favoritlər qələbə qazanıblar
İsmayıllı Olimpiya İdman Kompleksində yeniyetmələrin XI Respublika oyunlarının proqramına daxil olan həndbol üzrə final yarışlarının üçüncü turunun qarşılaşmaları keçirilib.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildirilib ki, “Göygöl” və “Gəncə” arasında keçirilmiş ilk oyunda heç-heçə qeydə alınıb - 5:5.

Turun ikinci qarşılaşmasında “İsmayıllı” komandası ilə üz-üzə gələn “Şirvan” 10:6 hesabı ilə qələbə qazanıb. Digər oyunlarda 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası “Mingəçevir” həndbolçularından 11:8, 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (İOEUGİM) təmsilçiləri isə “Saatlı” klubundan 11:9 hesabı ilə üstün olublar.

Xəbər 628 dəfə oxundu.