Yunan-Roma güləşi üzrə Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir
Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir.

Turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Belarus pəhləvanları mübarizə aparır.

Turnirin üçüncü günündə sərbəst güləş üzrə yeniyetmələr arasında 114 pəhləvan yarışır.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Xatırladaq ki, yığma komandamızın üzvləri yunan-Roma güləşi üzrə yeniyetmələr arasında yarışın ilk günündə - aprelin 13-də üç qızıl, bir gümüş və yeddi bürünc olmaqla, 11 medal qazanıblar. İdmançılarımız yunan-Roma güləşi üzrə gənclər arasında turnirin ikinci günündə aprelin14-də altı qızıl, bir gümüş və dörd bürünc olmaqla, 11 medala sahib olublar.

İlk iki günün nəticələrinə əsasən, hər iki yarışda Azərbaycan komanda hesabında birinci yeri tutub.

Xəbər 765 dəfə oxundu.