Güləşçilərimiz Bakıda keçirilən beynəlxalq turnirdə medallar qazanıblar
Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir.

Turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Belarus pəhləvanları mübarizə aparırlar.
Yarışın ikinci günündə yunan-Roma güləşi üzrə gənclər arasında 100 pəhləvan yarışıb. Güləşçilərimiz günü 6 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurublar. Fəxri kürsünün ən yüksək pilləsinə Rəşad Abdulov (50 kq), Namaz Rüstəmov (66 kq), Nəsir Həsənov (74 kq), Arif Niftullayev (84 kq), Tehran Əminzadə (96 kq) və Cavid Feyziyev (120 kq) qalxıblar.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunublar.

Komanda hesabında Azərbaycan birinci, Qazaxıstan ikinci, Gürcüstan isə üçüncü yeri tutub.


Xəbər 966 dəfə oxundu.