Formula-1 könüllüləri üçün təlim təşkil edilib
İyunda Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-prisi yarışında iştirak edəcək könüllülər üçün təlim təşkil edilib.

Formula-1 Azərbaycan Qran-prisi yarışı üçün 10 min yerli və xarici könüllü müraciət edib. Amma təşkilat komitəsi üç min gənc könüllünü yarışa cəlb edib. Onların yarışa tam hazırlığı üçün müxtəlif təlimlər keçirilir.

Könüllülər ümumi təlim, rol üzrə təlim və məkan üzrə təlim olmaqla, üç mərhələdə təlimdən keçirlər. Ümumi təlimdə onlar Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, ümumiyyətlə, Formula-1 yarışları haqqında məlumatlar alır, komanda işini inkişaf etdirmək üçün müxtəlif çalışmalarda iştirak edir, tapşırıqlar yerinə yetirirlər.

Xəbər 616 dəfə oxundu.