Bakıda keçirilən beynəlxalq turnirin ikinci günündə 100 gənc pəhləvan mübarizə aparır
Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir.

Turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Belarus pəhləvanları yarışırlar.

Yarışın ikinci günündə yunan-Roma güləşi üzrə gənclər arasında 100 pəhləvan mübarizə aparır.

Yığma komandamızın üzvləri yunan-Roma güləşi üzrə yeniyetmələr arasında yarışın ilk günündə 3 qızıl, 1 gümüş və 7 bürünc medal qazanıblar.

İlk günün nəticələrinə əsasən, komanda hesabında Azərbaycan birinci, İran ikinci, Gürcüstan isə üçüncü yeri tutub.

Xəbər 587 dəfə oxundu.