IV İslam Həmrəyliyi Oyunlarının Bakıda təşkili İslam həmrəylinin möhkəmləndirilməsi istiqamətində növbəti addımdır
IV İslam Həmrəyliyi Oyunlarının Bakıda təşkili ölkəmizdə İslam həmrəylinin möhkəmləndirilməsi istiqamətində növbəti addımdır.

Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov aprelin 14-də ali təhsil ocağında “İslam həmrəyliyi elm və təhsildə: hədəflər və çağırışlar” mövzusunda keçirilən respublika elmi konfransında deyib.

Prezident İlham Əliyevin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında” 2017-ci il 10 yanvar tarixli Sərəncamını xatırladan rektor diqqətə çatdırıb ki, sənəddə Azərbaycanın uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğu bildirilir.

Tədbirdə “İslami dəyərlər və şəxsiyyətin formalaşması”, “İslam həmrəyliyi birlik və əməkdaşlıq hərəkatı kimi”, “XIX əsrdə Qazaxıstanda dini və dünyəvi təhsil” və digər mövzularda məruzələr dinlənilib.

Tədbir çərçivəsində iştirakçılar İslam dəyərlərini əks etdirən kitab sərgisi ilə tanış olublar.

Xəbər 599 dəfə oxundu.