Yuniorlarımız İtaliyadan bürünc medalla qayıdıblar
Azərbaycanın bədii gimnastika üzrə yeniyetmələrdən ibarət komandası İtaliyanın Pesaro şəhərində keçirilən beynəlxalq turnirdə çıxış edib. Qrup hərəkətləri üzrə komandada Güllü Ağalarzadə, Dərya Sorokina, Nərmin Cahangirova, Narın Qurbanova və Fatimə Əkbərova təmsil olunub.

10 gürzlə icra etdikləri kompozisiya ilə qızlarımız yalnız Rusiya və İsrail komandalarından geri qalaraq bürünc medal əldə ediblər.

Böyüklər arasında fərdi proqramda çıxış edən Zöhrə Ağamirova təsnifat mərhələsində hər 4 alət ilə uğurlu çıxış edərək, finallara yüksəlməyi bacarıb. Yekun mərhələdə o, ən yaxşı nəticəni halqa ilə göstərərək, medalın bir addımlığında – 4-cü yerdə qərarlaşıb.


Xəbər 724 dəfə oxundu.