On doqquz yaşadək futbolçularımız yoldaşlıq oyununda Makedoniya ilə qarşılaşacaqlar
Futbol üzrə U-19 Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyununa çıxacaq.

Futbolçularımız müvafiq yaş qrupu üzrə Makedoniya yığması ilə qarşılaşacaqlar. Bu görüş komandalar arasında sayca ikinci yoldaşlıq oyunu olacaq.

Saat 17:00-da “Dalğa Arena”da başlayacaq oyunu baş hakim Ziya Nəsirov idarə edəcək.

Komandalar arasında ilk oyunda Makedoniya millisi 1:0 hesab ilə qələbə qazanıb.

Xəbər 578 dəfə oxundu.