Həndbol üzrə yeniyetmələrin final yarışlarına start verilib
İsmayıllı Olimpiya İdman Kompleksində yeniyetmələrin XI Respublika oyunlarının proqramına daxil olan həndbol üzrə final yarışlarının birinci turuna start verilib.

Azərbaycan Həndbol Federasiyasından bildiriblər ki, yarışda Bakı (2 saylı RİOEUGİM, 12 saylı İOEUGİM) ilə yanaşı, Gəncə, Mingəçevir, Şirvan şəhərlərindan və İsmayıllı, Saatlı, Göygöl rayonlarından 2004-2005-ci il təvəllüdlü oğlanlar mübarizə aparıblar.

Turun ilk qarşılaşmalarında 2 saylı RİOEUGİM-in komandası “Gəncə”yə 15:9 hesabı ilə qalib gəlib. “Saatlı” komandası “İsmayıllı”nı 10:8, “Mingəçevir” “Göygöl”ü 14:9, “Şirvan” kollektivi isə 12 saylı İOEUGİM-i 14:8 hesabı ilə məğlub edib.

Xəbər 658 dəfə oxundu.