Mətbuat nümayəndələri arasında dördüncü atıcılıq turniri keçiriləcək
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş IV atıcılıq turniri təşkil edəcək.

Turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır.

Turnir mayın 6-da “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçiriləcək.

Yarışda hər biri üç jurnalistdən ibarət komandalar mübarizə aparacaqlar. İki mərhələdə keçiriləcək turnirdə birinci, ikinci və üçüncü yerlərin sahibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılacaqlar.

Turnirdə iştirak etmək istəyən komandaların tərkibi haqqında məlumatların aprelin 25-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatına, yaxud info@seferberlik.gov.az elektron ünvanına göndərmək xahiş olunur. Məlumata komanda üzvlərinin soyadı, adı, atasının adı, təvəllüdü və vəzifəsi qeyd edilməlidir.

Xəbər 1343 dəfə oxundu.