Parataekvondoçularımız Rusiyada keçirilən yarışda 13 medal qazanıblar
Aprelin 7-dən 10-dək Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd şəhərində parataekvando üzrə Rusiya-Azərbaycan beynəlxalq yoldaşlıq görüşü keçirilib.

Yarışda 13 idmançı ilə təmsil olunan komandamız 13 medal - 7 qızıl, 2 gümüş və 4 bürünc qazanıb.

Kişi idmançılardan Səlvan Məmmədov (75 kq), Əlimxan Manafov (61 kq), Şəhmir İbadov (61 kq), Sadiq Həmidov (61 kq), Nicat Müslimov (75 kq) və Aleksandr Polişuk (75 kq-dan yuxarı), qadınlardan Aynur Məmmədova (58 kq–dan yuxarı) qızıl medallara sahib olublar. İmaməddin Xəlilov (61 kq) və Əbülfəz Abuzərli (75 kq) gümüş medallara layiq görülüblər. Vüqar Adışirinov (75 kq-dan yuxarı), Hüseyn Həsənov (75 kq), Rövşən Qəhrəmanlı (61 kq) və Fərid Əsədov (61 kq) isə bürünc medalla kifayətləniblər.

Xəbər 1516 dəfə oxundu.