“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tərəfdaşlarının sayı artmaqda davam edir
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tərəfdaşlarının sayı artmaqda davam edir. Oyunların Əməliyyat Komitəsi ilə bir sıra yerli və xarici şirkətlər arasında rəsmi tərəfdaşlıq haqqında sazişlər imzalanıb.

“Azərbaycan Hava Yolları” QSC, BP, “Microplus”, SOCAR kimi nüfuzlu şirkətlər IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşlarıdır. Eyni zamanda, “Fresco”, “ITicket.AZ”, “Milla” və “RedBull” şirkətləri də rəsmi dəstəkçilər arasında yer alıblar. Tərəfdaşların sıralarına tezliklə yeni şirkətlərin qoşulması planlaşdırılır.

SOCAR və BP şirkətləri Oyunların tərəfdaşları kimi Azərbaycanda idman potensialının inkişafına dəstək olmaq və gənclərimizin sağlam gələcəyinə töhfə vermək niyyətindədirlər.

Son illər Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində beynəlxalq idman qurumları bir sıra nüfuzlu yarışların keçirilməsini ölkəmizə həvalə edirlər. Belə ki, 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin bir qrupunun görüşləri və dörddəbir final qarşılaşmalarından biri Bakıda keçiriləcək.

Bakı, eyni zamanda, UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün final qarşılaşmasına ev sahibliyi etmək istəyən iki namizəd şəhərdən biridir.

Xəbər 674 dəfə oxundu.