Namiq Quliyev Fransada şahmat üzrə open-turnirin liderlər qrupundadır
Fransanın Mets şəhərində şahmat üzrə 35-ci open-turnir davam edir.

73 şahmatçının, o cümlədən 11 qrossmeysterin iştirak etdiyi bu yarışmada Azərbaycanı beynəlxalq dərəcəli qrossmeyster Namiq Quliyev təmsil edir.

Üç turdan sonra hərəyə 3 xal toplamış Namiq Quliyev, almaniyalı İqor Qlek, Ukrayna nümayəndələri Petro Qolubka, Vitali Sivuk və Fransa təmsilçisi Andrey Şekaçev liderlik edir.

İsveçrə sistemi üzrə keçirilən open-turnir 9 turdan ibarət olacaq.

Xəbər 579 dəfə oxundu.