Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq şahmat turniri başa çatıb
Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq şahmat turniri başa çatıb. Özbəkistan nümayəndəsi, beynəlxalq dərəcəli usta Curabek Xamrakulov 9 mümkün xaldan 6,5 xal toplayaraq turnirin qalibi olub.

Türkiyə təmsilçisi Kıvanc Xəznədaroğlu, ukraynalı Aleksandr Zubov və israilli Tamir Nabati də eyni sayda xal toplayıblar. 5-ci nəticə göstərmiş Azərbaycan qrossmeysteri Ülvi Bacarani və daha beş şahmatçı liderdən yarım xal geri qalıb.

Turnirdə ölkəmizi təmsil edən digər nümayəndələrə gəldikdə, Zaur Məmmədov (5,5 xal) turniri 13-cü, Orxan Eminov (4,5xal) 24-cü, Ramil Cavadov (4 xal) 35-ci yerdə başa vurub.

Xatırladaq ki, bu yarışda 49 şahmatçı, o cümlədən 11 qrossmeyster iştirak edirdi.

Xəbər 611 dəfə oxundu.