Azərbaycan və Rusiya Voleybol Federasiyaları arasında əməkdaşlıq genişləndirilir
Azərbaycan və Rusiya Voleybol Federasiyaları arasında əməkdaşlıq genişləndirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-də Rusiya Voleybol Federasiyasının prezidenti Stanislav Vladimiroviç Şevçenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov ölkəmizdə idmana göstərilən qayğıdan, idmançılarımızın, o cümlədən voleybolçularımızın ölkədaxili və beynəlxalq yarışlardakı fəaliyyətindən və qarşıda duran vəzifələrdən danışıb.

Rusiya və Azərbaycan voleybol məktəblərinin tarixi köklərindən söz açan C.Qurbanov bildirib ki, bu görüş Azərbaycan Voleybol Federasiyasının Prezidenti kimi ilk görüşüdür.

Rusiya Voleybol Federasiyasının prezidenti Stanislav Şevçenko bildirib ki, bütün sahələrdə olduğu kimi, idman sahəsində də Azərbaycanla ikitərəfli əməkdaşlıq yüksək səviyyədədir.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Xəbər 550 dəfə oxundu.