Milli komanda legionerlərimizi yenidən bir araya toplayır
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. İdman.com.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Vəli Qasımov komandaya 22 futbolçunu dəvət edib. Martın 14-dən 23-dək davam edəcək təlim-məşq toplanışına Soslan Tuayev (“Alaniya”, Rusiya), Namiq Ələsgərov, Raul Yaqubzadə (hər ikisi - “Bakı”), Bayram Budaqov (“Dnepr”, Ukrayna), Azər Salahlı, Coşqun Diniyev, Fuad Bayramov (hamısı - “İnter”), Teymur Əsgərov (“Qasımpaşa”, Türkiyə), Murad Musayev (“Qəbələ”), Eyyub Əliyev, Elşən Abdullayev, Elşən İsmayılov (“Neftçi”), Tərlan Əhmədli (“Rəvan”), Əsgər Nəcəfəliyev (“Rostov”, Rusiya), Tahir Musalov, Məhəmməd Musalov (“Rubin”, Rusiya), Fuad Kərimli (“Rusiç”, Rusiya), Valeh Eyvazlı (“Spartak”, Moskva, Rusiya), David Qarayev (“Stolitsa”, Rusiya), Şamil Cəmallədinov, Orxan Əliyev (“Sumqayıt”) və Teymur Quliyev (İOEUGİM) qatılacaqlar.
Qeyd edək ki, hazırlıqlar İsmayıllıda keçiriləcək.

Xəbər 1133 dəfə oxundu.