Qadın həndbolçularımız Ukraynada keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıblar
Aprelin 9-da Ukraynada qadın həndbolçulardan ibarət komandalar arasında beynəlxalq turnirə start verilib.

Azərbaycan Həndbol Federasiyasından verilən xəbərə görə, qadınlardan ibarət Azərbaycan yığmasının da qatıldığı beynəlxalq yarışın ilk günü komandamız üçün uğurlu olub. Həndbolçularımız bu il Ukrayna çempionatında bürünc mükafata sahib olan “HC Dnepryanka” (Xerson) komandasını 31:25 hesabı ilə məğlub ediblər.

Azərbaycan komandası növbəti oyunu “HC Qaliçanka” (Lvov) komandasına qarşı keçirəcək.

Xəbər 660 dəfə oxundu.