Olimpiya çempionumuzun növbəti cəhdi
ABŞ-ın Tukson şəhərində keçiriləcək stend atıcılığı üzrə dünya kubokunda iştirak edəcək Azərbaycan milli komandasının heyəti məlum olub. İdman.com.az saytının məlumatına görə, martın 23-dən aprelin 1-dək davam edəcək yarışda baş məşqçi Hafiz Cəfərov 3 idmançıya şans verəcək. Bunlar olimpiya çempionu Zemfira Meftəhəddinova, Elvin İsmayılov və Emin Cəfərovdur.
Qeyd edək ki, adı çəkilən yarışda 42 ölkədən 256 snayper mübarizə aparacaq.

Xəbər 1455 dəfə oxundu.