Qadın həndbolçularımız Ukraynada keçiriləcək beynəlxalq turnirdə çıxış edəcəklər
Aprelin 8-də qadınlardan ibarət həndbol üzrə Azərbaycan milli komandası Ukraynaya yola düşüb.

Həndbolçularımız aprelin 9-dan 13-dək Xerson şəhərində keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaqlar. İdmançılarımız Ukraynanın “HC Dnepryanka” (Xerson), “HC Qaliçanka” (Lvov), “Real” (Nikolayevsk) komandaları ilə qarşılaşacaqlar.

Azərbaycan yığmasının yarışlarda iştirakının əsas məqsədi IV İslam Həmrəyliyi Oyunları ərəfəsində hazırlıq səviyyəsini yoxlamaqdır.

Xəbər 633 dəfə oxundu.