Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ” “Qəbələ”ni qəbul edəcək
Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. Baş tutacaq bu qarşılaşma iki komanda arasında 36-cı olacaq.

Meydan sahibləri olan “Qarabağ” daha əvvəl baş tutmuş 35 oyunun 16-da, qonaqlar isə 9-da qələbə qazanıblar, 10 görüş isə heç-heçə bitib.

Qeyd edək ki, “Qarabağ” 24 oyundan sonra aktivində 52 xalla turnir cədvəlinin birinci, “Qəbələ” isə 48 xalla ikinci pilləsində yer alıb.

Xəbər 629 dəfə oxundu.