Nigeriyalı qızlar Azərbaycana doğru
Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının seçmə mərhələsinin Afrika zonası üzrə oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, həlledici mərhələnin ilk görüşlərindən sonra nigeriyalı futbolçular mundiala 1 addım da yaxınlaşıblar.

Səfərdə Zambiyanı 2:1 hesabı ilə udan nigeriyalılar, 2 həftə sonra baş tutacaq cavab oyunu öncəsi böyük üstünlük əldə ediblər. Digər cütdə isə CAR və Qana qarşılaşıblar. Qolsuz bitən matçın iştirakçıları qalibi martın 24-də müəyyənləşdirəcək.

Xəbər 1079 dəfə oxundu.