Hakimlər bəlli oldu
Qadın voleybolçular arasında Çellenc kubokunun yarımfinal mərhələsinin ilk matçlarını idarə edəcək hakimlər müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, bu raunda yüksələn “Bakı”nın Almaniyada “Zuhl”la oyunu italiyalı Stefano Çezareyə tapşırılıb. Ona köməkliyi Lusian Vlad (Rumıniya) edəcək.

Paytaxtın “Lokomotiv” komandasının “Gent”lə (Belçika) görüşündə ədaləti Kristian Volf (İsveçrə) və İngeborq Kuter (Niderland) qoruyacaqlar. Qeyd edək ki, hər 2 matç martın 14-də baş tutacaq.

Xəbər 862 dəfə oxundu.