Azərbaycan pəhləvanlarının adları Dünya Güləş Birliyinin reytinq cədvəlinin ilk beşliyində yer alıb
Dünya Güləş Birliyinin 2017-ci ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən tərtib etdiyi reytinq cədvəlində yunan-Roma güləşi üzrə 10 Azərbaycan idmançısının adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub.

Olimpiya Oyunlarının bürünc medalçıları, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəsul Çunayev reytinqdə 3-cü, Sabah Şəriəti (130 kq) isə 4-cü yerdədir. Dünya çempionatının bürünc medalını qazanan Həsən Əliyev (71 kq) öz çəkisi üzrə üçüncü sırada qərarlaşıb.

Onluğa daxil olan digər güləşçilərdən Rafiq Hüseynov (80 kq) 5-ci, İslam Abbasov (85 kq) 6-cı, Elvin Mürsəliyev (75 kq) 7-ci, Rövşən Bayramov (59 kq) isə 9-cu yerdədir.

Xəbər 990 dəfə oxundu.