Dünya Güləş Birliyinin reytinq cədvəlində Azərbaycanın qadın güləşçilərindən ikisi ilk beşlikdə qərarlaşıb
Dünya Güləş Birliyi 2017-ci ilin mart ayında keçirilən yarışların yekunlarına əsasən reytinq cədvəlini açıqlayıb.

Qadın güləşçilərin reytinq sıralamasında 9 təmsilçimizin adı var. Onlardan ikisi ilk beşlikdə qərarlaşıb.

Ən yüksək göstərici Olimpiya Oyunlarında 48 kiloqram çəkidə gümüş medal qazanan Mariya Stadnikdədir. Güləşçimiz reytinqdə ikinci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Nataliya Sinişin (53 kq) reytinqdə 4-cüdür.

Xəbər 625 dəfə oxundu.