Qrossmeyster Ülvi Bacarani Türkiyədə keçirilən beynəlxalq turnirdə liderlik edir
Türkiyənin Ordu şəhərində şahmat üzrə beynəlxalq turnir davam edir.

Yarışda 49 şahmatçı, o cümlədən 11 qrossmeyster iştirak edir. Azərbaycanı turnirdə qrossmeysterlər Zaur Məmmədov və Ülvi Bacarani, FIDE ustası Orxan Eminov, habelə Ramil Cavadov təmsil edirlər.
Üç turdan sonra turnirdə üç xal toplamış Ülvi Bacarani və Türkiyə təmsilçisi Kıvanc Haznedaroğlu irəlidədir. Altı şahmatçı onlardan 0,5 xal geri qalır. Azərbaycanın digər təmsilçiləri Zaur Məmmədov və Orxan Eminovun hər birinin aktivində 2 xal, Ramil Cavadovda isə 1 xal var.

Xəbər 599 dəfə oxundu.