Çingiz Hüseynov: “Bakı-2017”də komanda idman növləri üzrə püşkün nəticələri bizim üçün əlverişlidir
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında komandalar üzrə püşkatmanın nəticələri futbol istisna olmaqla bizim üçün əlverişlidir. Futbol yarışında komandamız bir qədər çətin qrupa düşüb. Çünki ən güclü komandalar məhz bu qrupda yer alıblar. Azərbaycan millisinin rəqibləri olan Səudiyyə Ərəbistan, Mərakeş yığması güclü rəqiblərdir. Ümid edirik ki, komandamız bu çətinliyin öhdəsindən gələcək.

Bu sözləri aprelin 6-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının komanda idman növləri üzrə püşkatmanın nəticələrini qiymətləndirən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə müsahibəsində deyib.

Ç.Hüseynzadə bildirib ki, digər idman növlərində demək olar ki, bütün komandalarımız Türkiyə ilə eyni qrupa düşüb. Bu da yarışların gərgin keçəcəyini indidən deməyə əsas verir. Ümumiyyətlə, yarışlarda uğur qazanmaq üçün ciddi hazırlaşmaq, yaxşı oynamaq lazımdır. Əminəm ki, milli komandalarımız uğurla çıxış edib azarkeşlərimizi sevindirəcəklər.


Xəbər 1083 dəfə oxundu.