«Hakim haqlı olaraq qırmızı vərəqə göstərdi»
Unibank Premyer Liqasının ilk «altılığ» matçında «Bakı» klubu bu gün evdə həmşəhərlisi «İnter»i qəbul etdi. İdman.com.az saytının məlumatına görə, sönük keçən görüşdə qalib gələn tərəf şərti qonaqlar oldu (1:0). İkinci hissənin gedişində «beynəlmiləlçilər»in 11 nömrəli futbolçusu Asif Məmmədov kobud oyuna görə qırmızı vərəqə aldı. Matçdan sonra «İnter» klubunun prezidenti Georgi Nikolov əməkdaşımıza deyib ki, referi haqlı qəraq verib: «Hakim haqlı olaraq futbolçumuza qırmızı vərəqə göstərdi. Düzünü desəm, Asif Məmmədovun hakimin folundan sonra niyə artıq hərəkət etdyini anlamadım. Qaydanı pozmaq olar. Bu mübarizədir. Amma gərək, yersiz hərəkətə yol verməyəsən».

Xəbər 974 dəfə oxundu.