Azərbaycan şahmatçıları “Karpoş open 2017” turnirinin liderlərindən yarım xal geri qalırlar
Skopyedə “Karpoş open 2017” beynəlxalq turnirinin 5-ci turunun görüşləri keçirilib.

Görüşlərin nəticələrinə görə, hərəyə 4,5 xal toplamış 5 şahmatçı turnirə liderlik edir. İyirmi şahmatçı, o cümlədən Azərbaycan nümayəndələri – beynəlxalq dərəcəli şahmat ustası Ülvi Sadıqov və Bəhruz Rzayev onlardan yarım xal geri qalırlar.

İsveçrə sistemi üzrə keçirilən Makedoniya turniri 9 turdan ibarətdir. Turnirdə 25-i qrossmeyster olmaqla, 31 ölkədən 215 şahmatçı qalib adı uğrunda mübarizə aparır.

Bu gün 6-cı turda Bəhruz Rzayev qrossmeyster Anton Demçenko (Rusiya), Ülvi Sadıqov FIDE ustası İoannis Statopoulosla qarşılaşacaqlar.

Beynəlxalq “Karpoş open” turniri aprelin 8-də başa çatacaq.

Xəbər 578 dəfə oxundu.