IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq çərçivəsində Heydər Əliyev adına İdman Arenasında təlim keçirilib
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq tədbirləri çərçivəsində aprelin 5-də Heydər Əliyev adına İdman Arenasında təlim keçirilib.

Təlimə Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin aidiyyəti qurumları, canlı qüvvə və texnikası cəlb olunub.

Təlim idman yarışları keçiriləcək obyektdə baş verə biləcək hər hansı fövqəladə hadisənin qarşısının operativ alınması məqsədilə təşkil olunub. Təlimdə yanğın təhlükəsizliyinin təmin olunması, tamaşaçıların təxliyə edilməsi, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi üzrə əməliyyatlar həyata keçirilib.

Xəbər 588 dəfə oxundu.