Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Əliyevə növbəti təyinat gəlib | |
Beynəlxalq dərəcəli hakim Eldar Əliyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən məsul oyuna təyin edilib. Belə ki, E.Əliyev kişi voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”nı idarə edəcək 4 hakimdən biri olacaq. Bu isə Azərbaycan voleybol tarixində ilkdi. Çünki indiyədək belə mötəbər turnirin həlledici oyunlarında azərbaycanlı referi olmayıb. Qeyd edək ki, CEV İtaliyanın paytaxtı Romada keçiriləcək qarşılaşmalar aprelin 29-30-da olacaq. |
|
Xəbər 588 dəfə oxundu. |
|
|