İki şahmatçımız liderlər qrupunda
Özbəkistan paytaxtı Daşkənddə şahmat üzrə Ağzamov memorialı davam edir. İdman.com.az saytı xəbər verir ki, 6-cı turda Rauf Məmmədov rusiyalı Maksim Turovla heç-heçə edib, Qədir Hüseynov israilli Vitali Qoloda qalib gəlib. Hər iki şahmatçımız 5 xalla 8-nəfərlik liderlər qrupunda yer alır.

Xəbər 899 dəfə oxundu.